Bazar ertəsi, 23.10.2017, 07:22
Преподавание информатики в школе
Главная Регистрация Вход
Приветствую Вас, Гость · Az
Saytda axtarış










Statistika

Cəmi onlayn 1
Qonaqlar 1
İstifadəçilər 0




free counters
Giriş forması
 Rəsmi sənədlər
Təhsil qanunu
Milli Kurikulum
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün İnformatika Kurikulumu (I-IV siniflər)
Məktəbdaxili qiymətləndirmə. (təqdimat)

Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı (2005-2007-ci illər)

AZƏRBAYCAN RESPUBLİKASINDA ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN
İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI İLƏ TƏMİNATI
PROQRAMININ (2005-2007-Cİ İLLƏR) TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində informasiya və kommunikasiya texnologiyalarından müasir tələblərə uyğun istifadə olunmasını təmin etmək məqsədi ilə
 
QƏRARA ALIRAM:
 
1. Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər) təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, Proqramın baş icraçısı və nəzərdə tutulan tədbirlərin əlaqələndiricisi Azərbaycan Respublikasının Təhsil Nazirliyidir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, "21" avqust 2004-cü il

 
Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı
(2005-2007-ci illər)
 
1. Giriş
 
XX əsrin son onilliyindən başlayaraq informasiya və kommunikasiya texnologiyaları ictimai-siyasi, sosial-iqtisadi, mədəni sahələri əhatə etməklə cəmiyyətin inkişafına güclü təsir göstərən əsas amillərdən birinə çevrilmişdir. Hazırda informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının, sosial-iqtisadi problemlərin həllinin, yoxsulluğun azaldılmasının əsas göstəricilərindən hesab olunur. Qeyd etmək lazımdır ki, gələcəkdə ölkələrin rəqabət aparmaq qabiliyyəti əsas etibarilə onların informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə etməsindən asılı olacaqdır.
Son illər Azərbaycan Respublikasında informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində bir sıra ciddi addımlar atılmış və bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir. Təsadüfi deyil ki, 1999-cu ildə qəbul edilmiş "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nda gənc nəslin informasiya və kommunikasiya texnologiyalarından istifadə vərdişlərinə yiyələnməsi ən mühüm vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur.
Ötən dövr ərzində Azərbaycan Respublikasının Təhsil Nazirliyi digər əlaqədar təşkilatlarla birlikdə təhsil sisteminin informasiyalaşdırılması sahəsində müxtəlif layihələr və tədbirlər hazırlayıb həyata keçirmişdir. Bunlar əsasən aşağıdakılardır:
- bütün təhsil pillələri üçün eksperimental proqramların hazırlanıb təsdiq edilməsi;
- öyrədici multimedia sistemlərinin hazırlanmasına başlanılması;
- İnternetə qoşulan məktəblər şəbəkəsinin genişlənməsi;
- təhsilin idarə edilməsinin məlumat sisteminin, informasiya və kommunikasiya texnologiyalarının ümumtəhsil məktəblərində tətbiqi üzrə hazırlıq işlərinin gücləndirilməsi.
Son illər təhsil sisteminin informasiyalaşdırılması istiqamətində görülən işlərə baxmayaraq, hələ də ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təchizi, ixtisaslı pedaqoji kadrlarla təminatı sahəsində öz həllini gözləyən ciddi problemlər mövcuddur.
Bunları aşağıdakı kimi qruplaşdırmaq olar:
- hazırda ümumtəhsil məktəblərində olan 9 minə qədər kompüter avadanlığının böyük əksəriyyətinin fiziki və mənəvi cəhətdən köhnəlməsi, çox hissəsinin istifadə üçün yararsız vəziyyətə düşməsi;
- 1669644 şagird kontingenti olan 4521 ümumtəhsil məktəblərində cəmi 1570 müasir tipli kompüter texnikasının mövcud olması nəticəsində hər 1063 şagirdə 1 ədəd kompüterin düşməsi;
- məktəblərdə təlim xarakterli proqram təminatının zəif olması;
- ümumi təhsilin mövcud dövlət standartlarında "İnformatika və hesablama texnikasının əsasları” fənninin tədrisinin yalnız X və XI siniflərdə aparılması;
- məktəblərin İnternet şəbəkəsinə qoşulmasında vahid koordinasiya sisteminin olmaması;
- uzun illərdən bəri ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı üçün maliyyə vəsaitinin çatmaması;
- ümumtəhsil məktəbləri üçün informasiya və kommunikasiya texnologiyaları sahəsində ixtisaslı pedaqoji, həmçinin köməkçi heyət (laborant) kadrların hazırlanmasına lazımi diqqətin yetirilməməsi.
 
2. Proqramın ümumi xarakteristikası
 
2.1. Proqramın məqsədi
 
Proqramın əsas məqsədi Azərbaycan Respublikasında yeni informasiya texnologiyalarından istifadə etməklə təhsilin keyfiyyətini yüksəltməyə xidmət edən, bütün pillə və səviyyələrdə vətəndaşlara təhsil almaqla bərabər imkanları təmin edən, ölkə təhsil informasiya sisteminin dünya təhsil sisteminə inteqrasiyasına imkan verən vahid təhsil informasiya mühitini yaratmaq və əhalini informasiyalaşdırılmış cəmiyyətə hazırlamaqdır.
Təhsil sisteminin informasiyalaşdırılmasını təmin etmək məqsədilə aşağıdakı istiqamətlərdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
- təhsil sisteminin vahid informasiya məkanının qurulması;
- kompüter texnikası əsasında qurulan yeni informasiya texnologiyalarının mənimsənilməsinin və onun bütün imkanlarından istifadə olunmasının təmin edilməsi;
- ölkənin təhsil sisteminin səmərəli idarə olunmasının təmin edilməsi;
- elmi-metodiki işlərin səmərəliliyinin artırılması;
- beynəlxalq informasiya şəbəkələri vasitəsi ilə dünya ölkələrinin təhsil müəssisələri ilə səmərəli əlaqələrin yaradılması.
 
2.2. Proqramın əsas vəzifələri
 
Proqramda qarşıya qoyulmuş məqsədə çatmaq və vahid informasiya mühitindən səmərəli istifadənin təmin edilməsi üçün aşağıdakı vəzifələrin kompleks həlli zəruridir:
- ümumtəhsil məktəblərinin müasir tipli kompüter avadanlıqları ilə təchizatı;
- ümumtəhsil məktəbləri müəllimlərinin, inzibati və texniki işçilərin yeni informasiya və kommunikasiya texnologiyalarından öz fəaliyyət sahələrində istifadə etməsinin öyrədilməsi;
- təhsildə informasiya və kommunikasiya texnologiyalarından istifadə üzrə normativ və metodiki bazanın inkişafı;
- Tədris prosesində Azərbaycan dilində istifadə edilən müasir elektron tədris materiallarının, elektron dərsliklərin, elektron kitabxanaların, rəqəmli tədris resurslarının işlənilib hazırlanması, yayılması və tətbiqi;
- Azərbaycan Respublikası təhsil sisteminin informasiya infrastrukturunun (elmi-metodik, elmi-tədqiqat, ixtisasartırmanın bütün səviyyələrdəki resurs və informasiya sistemləri daxil olmaqla) yaradılması;
- informasiya texnologiyaları əsasında müasir təhsilin metodologiyasının işlənib hazırlanması, informasiyalaşdırma prosesinin elmi-metodiki təminatı;
- şagirdlər üçün distant təhsil xidmətinin yaradılması;
- şagirdlər üçün təhsil portalının və saytlarının yaradılması;
- Azərbaycan dilində olan tədris və elmi-metodiki nəşrlərdə informasiya və kommunikasiya texnologiyaları sahəsi üzrə terminologiyanın hazırlanması və elmi dövriyyəyə daxil edilməsi.

2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramı

"2008-2012-CİİLLƏRDƏ AZƏRBAYCAN RESPUBLİKASINDA TƏHSİL SİSTEMİNİN İNFORMASİYALAŞDIRILMASI ÜZRƏ DÖVLƏT PROQRAMI"NIN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
 
 
Azərbaycan Respublikasında müasir informasiya və kommunikasiya texnologiyalarını geniş tətbiq etməklə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədi ilə
 
QƏRARA ALIRAM:
 
1. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).
2. Bu sərəncamın 1-ci bəndi ilə təsdiq edilmiş Dövlət Proqramının əlaqələndirici orqanı Azərbaycan Respublikasının Təhsil Nazirliyi müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti  
Bakı şəhəri, 10 iyun 2008-ci il


   Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 iyun
tarixli  Sərəncamı ilə təsdiq edilmişdir
 
 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sistemininin formasiyalaşdırılması üzrə Dövlət Proqramı


1.Ümumi əsaslar
 
 
1.1. Mövcud vəziyyət
Biliklərə əsaslanmış iqtisadiyyatın təşəkkül tapdığı şəraitdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir. Tam əminliklə demək olar ki, bu gün qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti, ilk növbədə, onların İKT-dən səmərəli istifadəsi ilə müəyyənləşməklə formalaşır.
İKT-nin təhsildə tətbiqi və inteqrasiyası Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir.
Son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olmuşdur. Bu dövrdə təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihələr və tədbirlər hazırlanıb həyata keçirilmişdir ki, bu da ölkənin təhsil sahəsində aparılan islahatların çox vacib mərhələlərdən biri olmaqla təhsil ocaqlarında İKT infrastrukturunun qurulmasına yönəlmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 avqust tarixli 355 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" xüsusi əhəmiyyətə malik olmuşdur. Proqramın həyata keçirilməsi nəticəsində ölkənin ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunmasında müsbət dinamikaya nail olunmuş, ümumilikdə təhsil sisteminin İKT əsasında qurulmasına diqqət xeyli artmışdır.
Hazırda respublikanın 4562 ümumtəhsil məktəbinin 82 faizi, 107 texniki peşə müəssisəsinin 45-i və ya 42 faizi, 56 dövlət orta ixtisas təhsil müəssisəsinin 51-i və ya 91 faizi, ali məktəblərin hamısı kompüter avadanlığı ilə təmin olunmuşdur. 2007-ci ilin sonuna olan məlumata görə, ümumtəhsil məktəblərində orta hesabla 5-11-ci siniflər üzrə hər 29 şagirdə 1 kompüter, dövlət ali məktəblərində hər 28 tələbəyə 1 kompüter düşür.
Pedaqoji kadrların İKT üzrə hazırlığı diqqət mərkəzində olan məsələlərdən olmuşdur. Son 3 ildə ümumtəhsil məktəblərində 12232 nəfər müəllim informasiya və kommunikasiya texnologiyalarına dair xüsusi hazırlıq kursları keçmişdir ki, bu da pedaqoji kadrların 7 faizini təşkil edir. Dövlət ali məktəblərinin 12367 professor-müəllim heyətindən 391 nəfəri (3,2%), orta ixtisas təhsil müəssisələrinin 90 müəllimi (1,3%) son 5 il ərzində informasiya və kommunikasiya texnologiyalarına dair xüsusi hazırlıq kursları keçmişdir.
ötən dövr ərzində ölkədə informasiya və kommunikasiya texnologiyalarının təhsil sisteminə inteqrasiyası və təhsil prosesinin məzmunca modernləşməsi sahəsində də bir sıra əməli işlər görülmüşdür. Bütün təhsil pillələri üçün İKT üzrə proqramlar hazırlanıb təsdiq edilmiş, distant təhsil üzrə ilk eksperimentlər aparılmağa başlanılmışdır. Hazırda təhsil portalının informasiya resursları formalaşmaqdadır, bəzi təhsil müəssisələrinin saytları yaradılmış və aktiv halda saxlanılır. Təhsilin idarə olunmasının məlumat sistemlərinin yaradılması, informasiya və kommunikasiya texnologiyalarının ümumtəhsil məktəblərində tətbiqi və ümumtəhsil məktəbləri üçün informasiya və kommunikasiya texnologiyaları sahəsində ixtisaslı pedaqoji, həmçinin köməkçi heyət (laborant) kadrlarının hazırlanması üzrə işlərə başlanılmışdır.
Bütün bunlarla bərabər, ölkənin təhsil sistemində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin hazırkı səviyyəsi istər dinamik inkişaf edən iqtisadiyyatımızın mövcud imkanları, istərsə də dünya təhsil məkanına inteqrasiya baxımından qənaətbəxş hesab edilə bilməz. ölkədə təhsil ocaqlarının kompüter avadanlığı ilə təminatındakı irəliləyişlərə rəğmən, bütövlükdə təhsil sisteminin informasiya infrastrukturunun səviyyəsi günün tələblərindən uzaqdır.
Müasir təhsil texnologiyalarının genişmiqyaslı tətbiqi, ilk növbədə, təhsil müəssisələrinin kompüter avadanlığı ilə təminatının köklü şəkildə yaxşılaşdırılmasını nəzərdə tutur. Şagird (tələbə) / kompüter nisbətinin bütövlükdə ölkə üzrə, xüsusilə də bölgələrdə və kənd yerlərində optimallaşdırılması qarşıda duran ən vacib problemlər sırasındadır. Lakin bu gün ölkənin təhsil sisteminin bütün pillələrində kompüterlərə çıxış imkanlarının genişləndirilməsi zərurəti ilə yanaşı, İKT avadanlığının daha səmərəli istifadə olunmasının, o cümlədən texniki nəzarət və dəstək sisteminin təkmilləşdirilməsinin aktuallığı qabarıq şəkildə hiss olunur. Xüsusən də rayon səviyyəsində texniki nəzarət və dəstək sisteminin mövcud olmaması, yaxud günün tələbləri səviyyəsində qurulmaması artıq quraşdırılmış kompüter avadanlığından, rəqəmsal təhsil resurslarından tam səmərəli şəkildə bəhrələnmək imkanlarını məhdudlaşdırır.
Araşdırmalar göstərir ki, respublikada təhsil prosesində rəqəmsal texnologiyaların geniş istifadəsinə maneçilik törədən əsas amillərdən biri rəqəmsal şəbəkə infrastrukturunun zəif inkişaf etməsi, təhsil ocaqlarının ölkədaxili intranet şəbəkəsi ilə yetərli səviyyədə əhatə olunmaması və yüksək sürətli İnternet əlaqəsi ilə təmin olunmamasıdır. Belə ki, hazırda respublikanın ali məktəblərində İnternet əlaqəsi tam təmin olunsa da, orta təhsil məktəblərinin təxminən 3 faizi, orta ixtisas məktəblərinin isə 12 faizi İnternetə çıxış imkanlarına malikdir. Təhsil müəssisələrinin böyük əksərinin veb-səhifələri yaradılmamış, müəssisədaxili rəqəmsal şəbəkələri, həmçinin vahid ölkədaxili təhsil portalı formalaşdırılmamışdır.
Bununla yanaşı, multimedia xarakterli dərsliklərin və digər tədris vasitələrinin işlənilməsi, yayılması və təhsil prosesində tətbiq olunması ləngiməkdədir. Son dövrdə bu sahədə bir sıra tədbirlər həyata keçirilmiş, elektron tədris sistemlərinin formalaşdırılması istiqamətində əməli addımlar atılmışdır. Lakin İKT tətbiqi üzrə elmi-metodiki bazanın təkmilləşdirilməsi, ümummilli səviyyədə vahid elektron təhsil məkanının təşəkkül tapması günün əsas tələbi olaraq qalır.
Azərbaycan Respublikasında təhsil sisteminin islahatları ilə bağlı ən aktual məsələlərdən biri İKT tətbiq etməklə təhsilin idarə olunmasının təkmilləşdirilməsidir. Bu sırada təhsildə İKT-nin tətbiqi sahəsində yerli özünüidarə və dövlət orqanlarının fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi, təhsil sahəsində effektiv idarəetmə üçün zəruri olan və bu sahənin vəziyyətini xarakterizə edən elektron məlumat bazası sistemi hazırlanıb tamamlanması xüsusi diqqət tələb edir. Həmçinin ölkənin təhsil sisteminin yüksək İKT bilik və bacarıqlarına malik pedaqoji və inzibati kadrlarla təminatının müasir standartlar səviyyəsinə çatdırılması təxirəsalınmaz məsələ kimi qarşıda durur.
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" (bundan sonra - Dövlət Proqramı) qeyd olunan məsələlərin səmərəli və kompleks şəkildə həllinə yönəlmişdir. Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə milli strategiya (2003-2012-ci illər)" əsasında hazırlanmışdır.

1.2. Məqsəd və vəzifələr
Dövlət Proqramının əsas məqsədi təhsilin bütün pillələrində müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi, habelə ölkənin təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya olunması üçün şərait yaradılmasıdır.
Bu məqsədə nail olmaq üçün aşağıdakı istiqamətlərdə müvafiq vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur.
Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi:
- təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat işinin yaxşılaşdırılması;
- təhsil müəssisələrində İKT avadanlığına texniki nəzarət və dəstək sisteminin təkmilləşdirilməsi, bu məqsədlə müəssisələrarası əlaqə və əməkdaşlığın inkişaf etdirilməsi;
- təhsil müəssisələrinin korporativ şəbəkə infrastrukturunun, habelə şəbəkə infrastrukturunun idarəetmə və nəzarət sisteminin yaradılması;
- intranet xidmətlərinin işlənilməsi və İnternet şəbəkəsinə çıxışının təmin olunması.
Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi:
- bütün fənlər üzrə müasir elektron elmi-metodiki vəsaitlər kompleksinin işlənilməsi və yayılması;
- elektron təhsil (e-Learning) resursları bazasının yaradılması və tədris prosesinə inteqrasiyası;
- ölkə daxilində distant təhsilin inkişaf etdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi;
- təhsildə İKT-nin tətbiqi üzrə məlumat və resurs mərkəzinin yaradılması;
- vahid təhsil portalının yaradılması və mütəmadi dəstəklənməsinin təmin olunması;
- təhsildə dünya informasiya resurslarından səmərəli istifadənin təşkili, interaktiv tədris imkanlarından daha geniş istifadə olunmasının dəstəklənməsi.
Təhsil sistemində idarəetmənin informasiyalaşdırılması:
- təhsil sahəsinin idarə olunmasında və tənzimlənməsində vahid informasiya infrastrukturunun yaradılması, təhsilin idarə edilməsində informasiya sistemləri və texnologiyaların səmərəli tətbiqinin təmin edilməsi;
- təhsilin idarə olunmasının məlumat sistemlərinin (TİMS) inkişaf etdirilməsi, "elektron hökumət" prinsiplərinin tətbiqinin genişləndirilməsi;
- təhsilin idarə olunması funksiyalarını yerinə yetirən dövlət orqanlarının İKT avadanlığı və müvafiq proqram vasitələri ilə təmin olunması.
Kadr potensialının gücləndirilməsi:
- təhsil sisteminin pedaqoji və inzibati-idarəetmə heyətinin İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi;
- yeni metod və texnologiyalar vasitəsilə pedaqoji heyətin hazırlanma və ixtisasartırma sisteminin təkmilləşdirilməsi;
- bölgələrdə və xüsusilə də kənd yerlərində və ucqar rayonlarda təhsil müəssisələrinin İKT üzrə kadr təminatının yaxşılaşdırılmasına istiqamətlənmiş tədbirlərin həyata keçirilməsi;
- yaradıcı və innovativ müəllimlərin obyektiv qiymətləndirilməsi və səmərəli motivasiyası sisteminin yaradılması.
Normativ-hüquqi bazanın təkmilləşdirilməsi:
- informasiya və kommunikasiya texnologiyalarının təhsil sistemində istifadəsi və tətbiqi ilə bağlı mövcud normativ-hüquqi aktların və normativ sənədlərin monitorinqinin aparılması;
- təhsilin idarəedilməsi və tədris prosesinin informasiyalaşdırılması sahəsində zəruri norma və standartların işlənilməsi və həyata keçirilməsi;
- Dövlət Proqramının məqsəd və vəzifələri baxımından İKT vasitələrinin istifadəsi və təhsildə tətbiqi məsələləri ilə bağlı normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi.

Copyright IsaNaida © 2017
rabita.az
____________







___________






Təqvim
«  Oktyabr 2017  »
B.e.Ç.a.Ç.C.a.C.СбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Yazıların arxivi
Saytın dostları


  • informatika müəllimi üçün sayt
  • Informatika,riyaziyyat jurnalı
  • İnformasiya Texnologiyaları institutu
  • "Alqoritm" dərnəyi
  • Сделать бесплатный сайт с uCoz