Bazar ertəsi, 20.05.2024, 13:31
Преподавание информатики в школе
Главная Регистрация Вход
Приветствую Вас, Гость · Az
Saytda axtarış










Bölmənin kateqoriyaları
Rəsmi sənədlər [59]
Normativ sənəədlər [0]
Proqramlar [0]
Statistika

Cəmi onlayn 1
Qonaqlar 1
İstifadəçilər 0




free counters
Giriş forması
 Rəsmi sənədlər
Главная » Файлы » Rəsmi sənədlər

“Elektron məktəb” Layihəsinin tətbiq olunması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
11.01.2011, 20:20
Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası üzrə Təhsil Nazirliyinin 19 avqust 2008-ci il tarixli əmri ilə təsdiq edilmiş Fəaliyyət Planının 13.2 və 13.3-cü bəndlərinin icrası məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. Elektron məktəbin nümunəvi Modeli təsdiq edilsin (1 saylı Əlavə).
2. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (S.Məmmədov):
2.1 Təhsil müəssisəsinin vahid informasiya mühitinin yaradılmasını nəzərdə tutan Elektron məktəb modelinin strukturunun, iştirakçılarının, proqram-texniki təminatının və qarşılıqlı fəaliyyət mexanizminin müəyyən edilməsi və pilot olaraq seçilmiş təhsil müəssisələrində "Elektron məktəb” Layihəsinin tətbiq edilməsini  təmin etsin.
2.2 Müvafiq təhsil şöbələri ilə birgə Elektron məktəb sisteminə qoşulan təhsil müəssisələrində vahid informasiya mühitinin yaradılması və idarə edilməsinə nəzarət üzrə məsul şəxslərin təyin edilməsini təmin etsin.
2.3 Elektron məktəb sisteminə qoşulan pilot təhsil müəssisələrinin vahid informasiya mühitinin yaradılması və fəaliyyət göstərməsi üçün zəruri olan avadanlıqlar (noutbuk, proyektor, intereaktiv lövhə və s.)  və proqram təminatı ilə təchiz olunmasını təmin etsin.
2.4 Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə birgə Elektron məktəb sisteminə qoşulan pilot məktəblərdə çalışan kadrların (pedaqoji, inzibati, texniki və s.) İKT sahəsində bilik və bacarıqlarının artırılması üçün tədbirlər görsün və əlavə kursların təşkil olunmasını təmin etsin.
2.5 Elektron məktəb sisteminə qoşulan pilot məktəblərdə yüksək sürətli fiberoptik İnternet və İntranet bağlantılarını təmin etsin.
3. Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində Elektron məktəb layihəsini tətbiq etmək üçün seçilmiş 20 pilot məktəbin siyahısı təsdiq edilsin (2 saylı Əlavə).
4. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Sumqayıt Şəhər Təhsil şöbəsinə tapşırılsın ki, Təhsil Nazirliyinin Fəaliyyət Planına uyğun olaraq  Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə müqavilə əsasında Elektron məktəb Layihəsinə qoşulan pilot təhsil müəssisələrinin vahid informasiya mühitinin yaradılması və fəaliyyəti sahəsində çalışan təşkilatlara lazımi köməklik göstərilməsi və şərait yaradılması, bu təhsil müəssisələrində çalışan kadrların (pedaqoji, inzibati, texniki və s.) layihədə fəal iştirakı və onların üzərinə düşən bütün vəzifələrin yerinə yetirilməsini  təmin etsinlər.
5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi” qəzetində, nazirliyin "Təhsil xəbərləri” məcmuəsində və Təhsil Nazirliyinin rəsmi İnternet saytında dərc olunmasını təmin etsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.  
 
 
                                                                    Misir Mərdanov
Təhsil naziri
05.10.2009-cu il
№ 1108
Категория: Rəsmi sənədlər | Добавил: isanai
Просмотров: 610 | Загрузок: 0
Copyright MyCorp © 2024
rabita.az
____________







___________






Saytın dostları


  • informatika müəllimi üçün sayt
  • Informatika,riyaziyyat jurnalı
  • İnformasiya Texnologiyaları institutu
  • "Alqoritm" dərnəyi
  • Сделать бесплатный сайт с uCoz