Şənbə, 27.04.2024, 02:09
Преподавание информатики в школе
Главная Регистрация Вход
Приветствую Вас, Гость · Az
Saytda axtarış










Statistika

Cəmi onlayn 1
Qonaqlar 1
İstifadəçilər 0




free counters
Giriş forması
 
Главная » 2010 » Dekabr » 27 » Elektron Distant Peşə Təhsil portalının təqdimatı keçirildi
19:43
Elektron Distant Peşə Təhsil portalının təqdimatı keçirildi



27 dekabr 2010-ci il Təhsil Nazirliyində Elektron  Peşə Təhsil   avel.edu.az portalının təqdimatı keçirildi. Portalda elektron dərsliklərlə bərabər, videomateriallar, trenajorlar yerləşdirilib. Portal böyük imkanlara malik bir sistemdir.
Təqdimat mərasimini giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ilk öncə tədbir iştirakçılarını salamlayıb. "Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” çərçivəsində hazırlanmış 8 adda dərsliyin elektron versiyasının yerləşdirildiyi portalın üstün cəhətlərindən bəhs edən nazir bildirib ki, ilk peşə-ixtisas təhsili sahəsində İKT-dən geniş istifadə olunması və bu resursların istifadəyə verilməsi peşə təhsilinin əhatə dairəsinin genişlənməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Təhsil naziri Azərbaycanda ilk peşə-ixtisas təhsili sahəsində son 20 ildə ilk dəfə mərkəzləşdirilmiş qaydada 8 adda dərslik və elektron nəşrin hazırlanmasını yüksək dəyərləndirib, bütün bu resurslardan səmərəli istifadənin təşkili və müvafiq tələblərə cavab verən müəllimlərin hazırlanması üçün təlim kurslarının keçirilməsinin vacibliyi haqda fikirlərini bildirib.
"Bakı” nəşriyyatının direktoru Zaur İsayev portalın (www.avel.edu.az ) hazırlanması prosesi, məzmunu və texniki imkanları haqqında ətraflı məlumat verib. Portal hazırlanarkən istifadəçilər üçün sadə idarəetmə imkanlarının yaradılmasının əsas götürüldüyünü vurğulayan Z.İsayev bildirib ki, elektron nəşrlərə dərsliklər, trenajorlar, animasiyalar, testlər, diskusiya zalı və digər bölmələr daxildir. Portalda yerləşdirilmiş bütün resurslardan sərbəst istifadə etmək imkanının yaradıldığını vurğulayan "Bakı” nəşriyyatının direktoru istifadəçilərin video dərslərlə yanaşı, internet şəbəkəsində mövcud olan resurslardan da geniş istifadə edə biləcəyini nəzərə çatdırıb. Zaur İsayev portalın hamı üçün açıq olduğunu qeyd edib, istifadəçilərin portaldakı müxtəlif mövzuları çat vasitəsilə müzakirəyə çıxarmaq, əldə etdikləri resursları dəyişdirmək və fikir mübadiləsi aparmaq imkanına sahib olduqlarını önə çəkib.Yeni portalın fəaliyyətinin düzgün təşkili istiqamətində atılacaq addımlardan bəhs edən təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov, Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov, Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin baş məsləhətçisi Kamil Ağamalıyev, Təhsil Sektorunun İnkişafı üzrə Layihənin Əlaqələndirmə Qrupunun rəhbəri Elvin Rüstəmov və peşə təhsili müəssisələrinin rəhbərləri bir sıra müvafiq təkliflərini bildiriblər.

Просмотров: 755 | Добавил: isanai | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Copyright MyCorp © 2024
rabita.az
____________







___________






Təqvim
«  Dekabr 2010  »
B.e.Ç.a.Ç.C.a.C.СбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Saytın dostları


  • informatika müəllimi üçün sayt
  • Informatika,riyaziyyat jurnalı
  • İnformasiya Texnologiyaları institutu
  • "Alqoritm" dərnəyi
  • Сделать бесплатный сайт с uCoz